Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İslam Həmrəyliyi Oyunlarında 10 min könüllü iştirak edəcək

Aprel ayında yarışların keçiriləcəyi idman obyektlərində təlimlər keçiriləcək.

“Bu yay Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında 10 min nəfərə yaxın könüllünün iştirakı gözlənilir”.

“Din.az” APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib. Onun sözlərinə görə artıq 16 min gənc bununla bağlı müraciət edib.

422594_4
“Açılış və bağlanış mərasimlərində 4 minə yaxın könüllü iştirak edəcək. Fevral və mart aylarında müxtəlif istiqamətlərində könüllülərin təlimləri başlayacaq. Aprel ayında isə yarışların keçiriləcəyi idman obyektlərində təlimlər keçiriləcək” – deyə, icraçı direktor əlavə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az