Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İSLAM HƏMRƏYLİYİ: DİNİ RADİKALİZM VƏ EKSTREMİZMƏ QARŞI MÜBARIZƏ YOLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi üçün tədbirlər həyata keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” adlı konfrans keçirilib.
Din.az-ın APA-ya istinadən verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, dinşünaslar, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər iştirak ediblər.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov dini radikallığa meyllərin qarşısının alınmasında İslam həmrəyliyinin rolundan danışıb. O, Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməklə, İslam dünyasına qlobal problemə çevrilmiş dini radikalizm və ekstremizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verdiyini diqqətə çatdırıb. Dövlət Komitəsinin sədr müavini nəzərə çatdırıb ki, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də, cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması sahəsində dövlət tərəfindən geniş tədbirlər həyata keçirilməkdədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən, dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, həmçinin, ənənəvi İslam anlayışının mahiyyətindən danışıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az