Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İslam dünyası xristian ölkəsinə elə əmr etdi…

Fransada tans 100 il qadağan edildi…

скачанные файлыGünü bu gün də ölkənin hər yanında, hətta İslam dünyasının və dünyanın hər bir tərəfində mədəniyyət əlaməti kimi qəbul edilən gənc və yaşlıların da oynadığı rəqs növü olan tans Qanuni dönəmində ilk dəfə Fransada ortaya çıxmışdı.

“Din.az” xəbər verir ki, o illərdə də Osmanlı İmperatorluğunun sərhədləri Avropanın içərilərinə doğru uzanaraq düz Fransa sərhədlərinə kimi gedib çatmışdı. Tansın Fransada oynanıldığını eşidən Sultan Süleyman hirslənərək Fransa kralı Fransuaya hədə dolu bir məktub göndərir. Necdet Bayraktaroğlunun araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edirik:

“Mən qırx səkkiz krallığın xaqanı Sultan Süleyman Xanam. Səfirimdən aldığım xəbərə görə, məmləkətinizdə rəqs adı altında qadın-kişi bir-birinə sarılaraq, hər kəsin gözü önündə faydasız işlərlə məşğul olur. …Bu biabırçılıq ölkəmə keçməmiş məktubu alan kimi buna dərhal son verməyini tələb edirəm. Əgər buna əməl olunmasa, şəxsən ordumla gəlib, buna son qoyacam.”

Sultan Süleymanın bu məktubundan sonra Fransada bu rəqs növü yüz il qadağan edilir.

Publika.az

MÜZAKİRƏ

1 şərh İslam dünyası xristian ölkəsinə elə əmr etdi… üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az