Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslam dünyası Ramazan ayını eyni vaxtda qeyd etmək üçün birləşir

Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və İslam Hilal Gözlem Projesinin birgə təşkilatçılığı ilə 28-30 may tarixlərində İstanbulda Beynəlxalq Hicri Təqvim Birliyi Konqresi keçiriləcək. “Din.az” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak […]

Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və İslam Hilal Gözlem Projesinin birgə təşkilatçılığı ilə 28-30 may tarixlərində İstanbulda Beynəlxalq Hicri Təqvim Birliyi Konqresi keçiriləcək.

“Din.az” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi Konqresə müxtəlif ölkələrdən İslam alimləri, dövlət rəsmiləri qatılacaqlar. Konqresin keçirilməsində əsas məqsəd vahid hicri təqvim layihəsinin, bütün müsəlman dünyasının Ramazan ayına eyni vaxtda başlaması və Ramazan bayramını eyni gündə qeyd etməsi məsələlərinin müzakirəsidir.

islam-dünyası

50 ölkədən 171 nümayəndənin iştirakı gözlənilən Konqresdə Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev təmsil edəcəklər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az