Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İslam çoxevliliyə necə münasibət bəsləyir?

Adi vaxtlarda vəhyin tövsiyəsi monoqamdır: «amma yoldaşlarınızla ədalətli davrana bilməyəcəyinizdən çəkinirsinizsə, elə isə biriylə kifayətlənin» («Nisa» surəsi, 4/3). Lakin xüsusilə müharibə kimi fövqəladə vəziyyətlərdə buna istisna gətirilmişdir. Himayəyə möhtac dul qadınların və/və ya yetim qızların görünməmiş dərəcədə çoxaldığı vəziyyətlərdə çoxevliliyə icazə verilmişdir («Nisa» surəsi, 4/3). Təbii və əsas olanın birevlilik olduğunun ən açıq Qurandakı dəlilini […]

Adi vaxtlarda vəhyin tövsiyəsi monoqamdır: «amma yoldaşlarınızla ədalətli davrana bilməyəcəyinizdən çəkinirsinizsə, elə isə biriylə kifayətlənin» («Nisa» surəsi, 4/3). Lakin xüsusilə müharibə kimi fövqəladə vəziyyətlərdə buna istisna gətirilmişdir. Himayəyə möhtac dul qadınların və/və ya yetim qızların görünməmiş dərəcədə çoxaldığı vəziyyətlərdə çoxevliliyə icazə verilmişdir («Nisa» surəsi, 4/3). Təbii və əsas olanın birevlilik olduğunun ən açıq Qurandakı dəlilini axirətdə insanın qaçacağı adamların arasında sayılan «insan yoldaşından və uşaqlarından qaçacaq» («Abəsə» surəsi, 80/36) ayəsidir. Ayədə «yoldaşlarından» deyilməmişdir.

Quranın gəldiyi cəmiyyətdə kişiyə qadın məhdudiyyəti yox idi. Kişilər istədikləri qədər qadın alır, bunlardan istədiklərinə baxır, istədiklərini də çölə atırdılar. Bunun üçün hüquqsuz və qeyri-insani yollar icad etmişdilər. Bu yollardan biri də Quranın həm cəza, həm də kəffarə təyin etdiyi zihar tətbiqatı idi. Quran zihar andıyla həyat yoldaşını boşayanlara kəffarəni məcbur edərək bu cür icraata qarşı açıq-aşkar münasibətini bildirmişdir («Mucadələ» surəsi, 58/1-5).

Muhəmməd peyğəmbərin çoxevliliyinin izahı nədir?

1. Muhəmməd peyğəmbərin çoxevliliyi bəşəri arzu ilə əlaqəli bir vəziyyət deyil. Əgər bu cür olsaydı, özü 25 yaşında olarkən 40 yaşlı Xədicə ilə evlənməzdi. Xədicə Nəbi ilə ailə həyatı qurmamışdan əvvəl iki dəfə ailəli olmuş və üç yetimi olan dul qadın idi. Bəzilərinin iddia etdiyi kimi deyək ki, bəşəri arzularla evləndi, amma bu cür düşüncə ilə evlənsəydi yoldaşı Xədicə vəfat edənə kimi 25 il təkevlilik yaşamazdı. Peyğəmbərin Mədinə dövründəki şəfqət və mərhəmət məqsədli evliliklərini şəhvət düşkünlüyü kimi qələmə verənlər, ömrünün ən coşqun 25 ilini özündən 15 yaş böyük olan və iki dəfə ailə həyatı yaşamış, 3 yetimə sahib olan bir xanımla təkevlilik olaraq keçirməsini necə izah edəcəklər?

2. Peyğəmbərin çoxevliliyi onun peyğəmbərliyi ilə əlaqəli deyil. Əgər belə olsaydı, 25 il ailə həyatı yaşadığı özündən 15 yaş böyük olan yeganə xanımı Xədicə peyğəmbərliyin 9-cu ilində dünyasını dəyişməsinə baxmayaraq, 2 il yarım dul qalmazdı. Nişanlandığı Aişə ilə evlənmək üçün Mədinəyə köçməyi gözləməzdi. Məkkədə dul qalmış bir qadınla 25 il yaşamağın əvəzində başqa qadınlarla da evlənə bilərdi.

3. Peyğəmbərin çoxevliliyi liderlik məsuliyyəti ilə əlaqəlidir. Onun Mədinədəki bütün evlilikləri şəhvət deyil, şəfqət və missiya evlilikləridir. Bunun bu cür olduğunu bilmək üçün evləndiyi xanımların vəziyyətlərindən xəbərdar olmaq lazımdır. Buyurun onların vəziyyətləri:

Sevda bt. Zəma: Peyğəmbər ilk həyat yoldaşı Xədicənin vəfatından sonra Sevda ilə ailə həyatı qurdu. Sevda 50 yaşı və 6 uşağı olan dul bir qadın idi. Himayəyə möhtac idi. Nəbi onunla ailə həyatı quraraq himayəyə götürdü.

Aişə bt. Əbu Bəkr: Peyğəmbərin bütün evlilikləri arasında bakirə olaraq aldığı yeganə xanımıdır. Bəziləri Peyğəmbərə azyaşlı olaraq ərə verildiyini iddia etsə də, müqayisəli araşdırmalarda onun Nəbi ilə ailə həyatı quranda 18-19 yaşında yetişkin gənc qız olduğunu göstərir.

Hafsa bt. Ömər: Ərə gedəndə 22 yaşlı bir dul idi. Həyat yoldaşı Uhud döyüşündə şəhid olmuşdu. Elçi həm onu təsəlli etmək, həm də yaxın dostu olan Öməri şərəfləndirmək üçün onun qızı ilə evləndi.

Zeynəb bt. Huzeymə:3 dəfə ailə həyatı qurmuş uşağı olmayan dul bir qadın idi. İkinci əri Bədr döyüşündə, üçüncü əri də Uhud savaşında şəhid olmuşdu.

Ümmü Sələmə: Bir dəfədən artıq ailə həyatı qurmuş beş uşaqlı dul qadın idi. Dörd azyaşlı övladı ilə ortada qaldığı üçün nəbi onunla ailə həyatı quraraq himayəsinə götürdü.

Zeynəb bt. Cahş: Peyğəmbərlə ailə həyatı quranda 36 yaşında dul idi. Əri Zeyd b. Harisə ilə Nəbinin xətrinə dəyə bilmədiyi üçün ailə həyatı qurmuşdu. 35 yaşına kimi onu almaq istəyən bütün elçiləri geri qaytarmışdı.

Cuveyriyə bt. Haris: Əri döyüş meydanında həlak olmuş dul əsir idi. Nəbi qəbiləsi ilə qohumluq əlaqəsi qurmaq və yaxşı münasibət jesti edərək onunla «dəvət» ailə həyatı qurdu.

Ümmü Həbibə: Peyğəmbərlə ailə həyatı quranda 38 yaşında uşaq sahibi dul bir qadın idi. Həyat yoldaşı əqidəsini dəyişəndən sonra ortalıqda qaldı. Peyğəmbərlə evliliyi isə həm şəfqət, həm də rəhbər olan ailəsinə yaxşı münasibətin bir jesti idi.

Safiyyə bt. Huyey: Peyğəmbərlə evlənməmişdən əvvəl iki dəfə ailə həyatı qurmuş dul bir qadın idi. Xeybərin yəhudi rəisinin qızı idi. Döyüşdə əsir düşdü və azad edildi. Nəbi onunla dəvət evliliyi etdi.

Məymunə bt. Haris: Peyğəmbərə ərə gələndə 36 yaşı var idi və iki dəfə ailə həyatı yaşamış dul qadın idi. Nəbi onunla qəza umrəsində məkkəlilərə yaxşı niyyət jesti olaraq ailə həyatı qurdu.

Reyhanə bt. Zeyd: Nəbi ilə ailə həyatı quranda dul idi. Həm də savaş əsiri idi. Müsəlman oldu və evliliklə himayəyə alındı. Bu jest qəbiləsinin müsəlman olmasına səbəb oldu.

Mariyə əl-Qıbtiyyə: Bizans imperiyasının Misir hakimi Cureyc b. Minanın hədiyyəsi olaraq göndərildi. Rəvayətə görə, yolda ikən İslam dinini qəbul edərək müsəlman oldu. Nəbi onunla evləndi və ondan bir oğlu oldu.

Bütün bu məlumatlar nəzərə alınanda Peyğəmbərin çoxevliliyinin səbəbinin şəhvət deyil, şəfqət və dəvət evliliyi olduğu məlum olur.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az