Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslam alimləri Kanal12 və ON4TV-nin müdafiəsinə qalxdılar

“Bu iki kanalın fəaliyyətini dayandırması narahatedicidir”.

“Tez bir zamanda bu iki kanalın açılması üçün lazımi qurumlardan hörmətlə gözləməkdəyik.”

“Din.az” “İslamazeri.az”a istinadən xəbər verir ki, Türkiyə şiələrinin liderlərindən olan, din alimi və “Zeynəbiyyə” məscidinin imamı Şeyx Səlahəddin Özgündüz məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

“Kanal12 və ON4-ün bağlanması xəbərini təəssüflə aldım. Ölkəmiz əleyhinə terror qrupların yanında yer almışlarsa (mən belə bir yayına iki tv-də şahid olmadım) yaxşıki bağlanıblar, amma məzhəbi təəssüblə bağlanılıblarsa (mənə elə gəlirki bu cürdür) “ayıbdır” deyirəm. Türkiyə Respublikasına yaraşan bir davranış deyil. Gecə gündüz məzhəb fitnəsi hazırlayan kanallara, milli mədəniyyətimizi zədələyən kanallara toxunmayıb, bu iki kanalın fəaliyyətini dayandırmasını narahatedici hesab edirəm. Tez bir zamanda bu iki kanalın açılması üçün lazımi qurumlardan hörmətlə gözləməkdəyik.”

ON4 TV-nin İdarə heyətinin rəhbərinin sədri olduğu Əhlibeyt Alimlər Birliyi -EHLADER də məsələyə etirazını bildirib.

Bəyanatda deyilir: “Türkiyədə 3 milyona yaxın, cəfəri-şiə vətəndaş hər zaman bu ölkənin əsl vətəndaşları olmuş, hər kəsim tərəfindən millətinə, bayrağına və vətəninə bağlı fərdlər olaraq tanınmışlar. Hər nə qədər ən təbii, qanuni haqlarından məhrum olslar belə, yenə də ölkənin birlik və bərabərliyi üçün çalışmış, bunu ilahi şüar olaraq qəbul etmişlər.

Ölkəmizdə olan bütün Əhlibeyt məktəbi qurumları, özəlliklə ON4TV, 15 iyul kimi ölkəyi və xalqımızı bölməyə çalışan xarici günlərin əlaltıları qarşısında mərdliklə durmuş, bu çevriliş cəhdi qarşısında hökümətin və prezidentin yanında yer almışlar.

Bundan beş il öncə ON4 kanalının yayına başlaması, camiəmizi dərindən şad etmiş, dövlət tərəfindən haqlarımızın bizlərə verilməyə başlanması olaraq qəbul edilmişdi. İnanc və düşüncələrimizi qardaşlıq çərçivəsində bəyan edə bilmə fürsətinə çatdığımız üçün çox şad olmuşduq.
Lakin kanal yayına başladığı ilk gündən etibarən FETÖ tərəfindən dəfələrlə haqsızlıq və zülümlərə məruz qaldığımız da göz qabağındadır. Buna baxmayaraq yorulmadan yayınlara davam etməyə çalışmışlar. Amma təəssüflər olsunki, on4tv və kanal12-nin qapadılması ilə hələdə bu məlunların tam təmizlənmədiyini anlayırıq. Kanallarımızın bağlanması, Türkiyədə Əhlibeyt alimlərimin, camaatlarının, qurumlarının, ümumi olaraq şiələrin böyük üzüntüsünə səbəb olmuş və gələcəyə yönəlik narahatçılıqlar yaratmışdır.

Nə olursa olsun, biz yenə də dövlətimizin bu böyük səhvdən dönəcəyini, ölkəmizin zor günlərdən keçdiyi bu dönəmdə camiəmizi üzməyəcəyinə inamımz və ümidimiz vardır. Ümidvarıq kanallarımız ən qısa amanda yenidən yayıma başlayacaq və ölkəmizin birliyinə öz töhvələrini verəcəklər.”
Dünya Əhlibeyt Alimlər birliyi – CABİR də məsələyə etiraz edib. Bəyanatda deyilir: “Kanal12 və On4-ün bu ölkədə davamlı olaraq milli birlik və bərabərliyimizin bərpası üçün yayım siyasətinə əməl etdiyi insaf sahibi hər kəsə məlumdur. Davamlı olaraq məzhəb fitnəsi yaradan, milli mədəniyyət və əxlaqımızı eroziyaya uğratma cəhdində hətta ölkəmizi və dünyayı qana boyayan terror qruplaşmalarının taşeronluğunu edən onlarla telekanal hələdə fəaliyyətinə davam edərkən, bu iki sağlam düşüncəyə və milli birliyi özünə şüar etmiş kanalın bağlanması düşündürücüdür.

Hüquq və demokratiyanın suveren olduğu, bölgəsinə və dünyaya örnək olmaya çalışan ölkəmizdə, keçmişi təmiz olan və gerçəkdən ölkənin birliyinə, milli və mənəvi dəyərlərimizin qorunmasına daima yardımçı olub, işıq tutan bir toplumun inanc və əxlaq dəyərlərini anlatan bu iki kanala edilən haqsızlıq hüquq və demokratiyaya uyğun deyil. Bu haqsızlıq vicdan və toplumumuzu yaralamışdır. Bu durum ölkəmizdə (məzhəbi) ayrıseçkiliyə səbəb ola bilər.

Buna görə, dövlətin, birlik və bərabərliyimizi qorumaq adına, hüquq və demokratiyanın qorunması adına bu yanlışa tezliklə son verib, bu iki kanalın təkrar yayımına şərait yaradılmasını istəyirik.”
Türkiyənin İslam alimləri Kanal12 və ON4TV-nin müdafiəsinə qalxdılar

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az