Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslam 2100-cu ilə qədər dünyanın ən böyük dini topluluğu olacaq

İslam dünyanın ən böyük dini topluluğu olacaq.

«Pyu Araşdırma Mərkəzi” tərəfindən həyata keçirilən yeni araşdırmaya əsasən, 2015-ci ildə dünyada 1,8 milyard müsəlman yaşayırdı. Bununla da araşdırmada İslamın Xristianlıqdan sonra dünyanın ikinci böyük dini topluluğu olduğu vurğulanıb.

Din.az Türkiyənin “tr.sputniknews.com” saytına istinadən xəbər verir ki, İslamın 2100-cu ilə qədər dünyanın ən böyük dini topluluğu olacağı ehtmal edilir.

Dünya əhalisinin 2015-2060-cı illər arasında 32% artması gözlənildiyi halda, həmin vaxt ərzində müsəlmanların sayının 70% artacağı proqnozlaşdırılır. Bu zaman xristianların sayındakı artım 34% olacaq.

Digər tərəfdən Yaxın Şərq və Şimali Afrikada yaşayan ərəblərin dünyadakı müsəlmanların yalnız 20%-ni təşkil etdiyi, 62%-nin İndoneziya, Hindistan, Pakistan, Banqladeş, İran və Türkiyə daxil olmaqla, Asiya və Sakit okean adalarında ərəb olmayan ölkələrdə yaşadığı vurğulanıb.

Araşdırmaya əsasən, hazırda dünyanın ən çox müsəlman yaşayan ölkəsi İndonezyadır. Lakin 2050-ci ilə qədər Hindistan əhalisinin əksəriyyətini Hindu dininə mənsub olanlar təşkil etsə də ən çox müsəlmanın yaşadığı ölkə kimi İndoneziyanı keçəcəyi qeyd edilib.

Araşdırmada həmçinin, 2050-ci ilə qədər ABŞ-da müsəlmanların 2,1%, Avropada isə 10% artacağı ehtimal edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az