Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İŞİD tərkibində döyüşmüş azərbaycanlıların apellyasiya şikayətinə baxılır

Terrorçulara qoşulan azərbaycanlılar…

Bakı Apellyasiya Məhkəməsində İŞİD-in tərkibində vuruşmuş Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Din.az” APA-ya istinadən bildirir ki, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 3-ə təyin edilib.

557584073a949_1433764871

Qeyd edək ki, keçirilən anti-terror tədbirləri nəticəsində qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı, partlayıcı maddələrlə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində ölkənin hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan vətəndaşları – E.Əzizov, N.Quliyev, R.Bədəlov, İ.Əzizov, B.Şirinov, E.Mirzəbəyov və Ə.Şamxalov şübhəli şəxs qismində tutulublar.

Müəyyən edilib ki, onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əzizov 14 il, N.Quliyev 11 il 6 ay, İ.Əzizov 14 il, B.Şirinov 13 il 6 ay, Ə.Şamxalov 2 il 6 ay, E.Mirzəbəyov 7 il, R.Bədəlov isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində onlar cəzalarının azaldılmasını istəyiblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az