Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İŞİD Allahşükür Paşazadəni ölümlə təhdid etdi – FOTO

İŞİD terror təşkilatı internetdə özündə Azərbaycanın din xadimlərinə təhdidlər ehtiva edən video yerləşdirib. Videoçarx İŞİD-in rusdilli mediaqrupu olan «Furat» tərəfindən yayımlanıb. “Din.az” xəbər evrir ki, bir müddətdən sonra video həm “YouTube”, həm də “DailyMotion” hostinqlərindən xaric edilib və buna səbəb kimi, videoçarxın «istifadə qaydalarını pozması» göstərilib. Lakin özünü Türkiyə, Azərbaycan və Şimali Qafqaz üzrə analitik […]

İŞİD terror təşkilatı internetdə özündə Azərbaycanın din xadimlərinə təhdidlər ehtiva edən video yerləşdirib. Videoçarx İŞİD-in rusdilli mediaqrupu olan «Furat» tərəfindən yayımlanıb.

“Din.az” xəbər evrir ki, bir müddətdən sonra video həm “YouTube”, həm də “DailyMotion” hostinqlərindən xaric edilib və buna səbəb kimi, videoçarxın «istifadə qaydalarını pozması» göstərilib.

Lakin özünü Türkiyə, Azərbaycan və Şimali Qafqaz üzrə analitik kimi təqdim edən və Suriyadakı «mülayim müxalifət»i təbliğ edən “NotrhCaucasus” adlı “Twitter” mikrobloqlar servisi istifadəçisi “virtualaz.org”a videomüraciətin qısa məzmununu açıqlayıb.

Videoçarx «Ribat torpaqlarından işğal altındakı Azərbaycana ismarıc» (ribat — ön cəbhə — virtualaz.org) adlanır. Görüntülərdə rusdilli azərbaycanlı yaraqlı çıxış edir. O, özünü «Qafqazlı Abdulla» adlandırır və iddia edir ki, Qusar rayonunun Urva şəhərindəndir. Dediyinə görə, 2001-ci ildən İslamı qəbul edib və artıq 3 ildir ki, Suriyadadır. Əvvəllər «Cəbhətül-Nusra»nın tərkibində vuruşsa da, indi İŞİD-ə keçib.

144097_src

Suriyaya «Qafqazlı Abdulla» dostu Əli ilə birlikdə gəlib, lakin onu 5 ay öncə öldürüblər. “NorthCaucasus” yazır ki, çıxışında cihadçı Qafqazın şeyxülislamı Allahşükür Paşazadəni və yerli sələfilərin (vəhhabilərin) lideri Qamət Süleymanovu ölümlə təhdid edir.

axar.az1391686298qamet-1

MÜZAKİRƏ

1 şərh İŞİD Allahşükür Paşazadəni ölümlə təhdid etdi – FOTO üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az