Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məscidul Əqsaya giriş qadağan edildi

İsraildən Məscidul-Əqsaya növbəti qadağa…

İsrail rəhbərliyi Ramazan ayı boyu 30 yaşından aşağı müsəlmanların Məscidul-Aqsaya daxil olmalarını qadağan edib.

Din.az Türkiyənin “hilalhaber.com” saytına istinadən xəbər verir ki, Ramazan ayının başlaması ilə əlaqədar olaraq İsrail dövləti bu il də müsəlmanların Məscidul-Əqsaya daxil olmasını qadağan edən bəzi qərarlar qəbul edib.

Qəbul edilən qərarlara görə 30 yaşından aşağı gənclərin Ramazan ayı boyu Məscidul-Əqsaya girmələrinə icazə verilməyəcək.

Verilən xəbərə əsasən, yalnız cümə günləri 30-40 yaşlarda olan fələstinli kişilərin Məscidul-Əqsaya girməsinə icazə veriləcək.

Yalnız Qədr Gecəsində 40 yaşından yuxarı qadın və kişilərin Məscidul-Əqsaya daxil olmasına icazə veriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az