Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“İsanın legionerləri” 175 uşağa təcavüz edib – Şok

Yüzlərlə uşaq keşişlərin törətdiyi cinsi zorakılığın qurbanı olublar.

“İsanın legionerləri” katolik dini təşkilatının qurucusu Marsiyal Masiyel və keşişləri 80 il ərzində uşaq və yetkinlik yaşına çatmayan şəxslərə qarşı 175 zorakılıq aktı həyatı keçiriblər və bu cinayətlərdə 33 keşiş iştirak edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat təşkilatın saytındakı hesabatda yer alıb.

“1941-ci ildən günümüzə qədər yetkinlik yaşına çatmayan 175 nəfər 33 keşişin törətdiyi cinsi zorakılığın qurbanı olub. Azı 60 nəfərə qarşı zorakılığı ata Marsiyal Masiyel törədib”, – deyə hesabatda bildirilib.

Qeyd edək ki, “İsanın legionerləri” təşkilatının əsası XX əsrin ortalarında Meksikada qoyulub və təşkilat 21 ölkədə fəaliyyət göstərir. Zorakılıqda günahlandırılan 33 keşişdən 6-sı artıq ölüb, biri məhkum olunub, daha bir nəfər isə istintaq altındadır.

“İsanın legionerləri konqreqasiyası”nın və “Regnum Christi” katolik hərəkatının banisi Marsiyal Masiyel 2008-ci ildə 87 yaşında ölüb. Ölümündən iki il öncə Roma Papası Benedikt XVI Marsiyalın ünvanına səsləndirilən ittihamlardan sonra onu fəaliyyətindən kənarlaşdırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az