Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İSA PEYĞƏMBƏRİN İZLƏRİ – İTMİŞ ŞƏHƏR – FOTO

Arxeoloqların İsraildə maraqlı tədqiqatları…

Arxeoloqlar İsraildə İsa peyğəmbərin həvarilərinin yaşadığı “itmiş şəhər”i tapıblar.

Din.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə yerli “Haaretz” nəşri informasiya yayıb.

Məlumata görə, Qaliley dənizinin şimal sahilində qalıqları tapılan şəhər tarixən Romanın Yuliya şəhəri olub. Buna əsas kimi arxeoloqlar qazıntılar zamanı aşkar edilmiş Roma hamamı izlərini göstəriblər.

“Bu, o deməkdir ki, orada balıqçılıqla məşğul olan xırda kənd yox böyük şəhər olub. Hamam həmin ərazidə şəhər mədəniyyətinin olduğunu göstərir”, – tədqiqatın müəllifi Mordexay Aviyam bildirib.

Şəhər barədə məlumatlara məşhur Roma tarixçisi İosif Flavinin qeydlərində rast gəlindiyi qeyd olunur. Tarixi qeydlərdə Çar İrodun həmin şəhərdə yeni bir kənd salaraq onu Tiberiya imperatorunun anasının şərəfinə “Yulius” adlandırdığı göstərilib. Bu şəhərin İsa peyğəmbərin 3 həvarisi – Pyotr, Filip və Andrey üçün doğma olduğu güman edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az