Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İraqlı müsəlmanlardan xristianlara jest – FOTO

Müsəlmanlar monastırı təmir etdiər.

“Mosul biz müsəlmanlara aid olduğu kimi, xristianlara da aiddir.”

Din.az “İslamazeri.com”a istinadən xəbər verir ki, iraqlı müsəlmanlar İŞİD terrorçuları tərəfindən Mosulda dağıdılmış xristian məbədin bərpa edilməsinə kömək ediblər.

Fəallar ciddi zərər görmüş Müqəddəs Georgiy monastırını təmir ediblər.

Terrorçular məbədə ciddi ziyan vurublar: monastırın günbəzi zərər görüb, pencərələr sınıb, xaç yerindən çıxarılıb.

Müsəlman fəallar sosial şəbəkədəki səhifələrində yazıblar:

“İraq həm də xristianlarındır. Mosul biz müsəlmanlara aid olduğu kimi, xristianlara da aiddir. Bizim fərqliliyimiz bizim gücümüzdür.”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az