Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İraq və Suriya İŞİD-ə qarşı birgə hərbi əməliyyat mərkəzi yaradır

Yaxın Şərqdə terror qruplaşmalarına qarşı mübarizə gücləndirilir.

İraq və Suriya iki ölkə arasındakı sərhədə yaxın rayonlarda İŞİD terror qruplaşması ilə mübarizə üzrə birgə hərbi əməliyyatlar Mərkəzi yaradır.
Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İraqın Müdafiə Nazirliyinin nümayəndələrinin bəyanatına istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.
Onların məlumatına görə, “Suriya ordusunun hərbi nümayəndə heyəti Bağdadda İraq Silahlı Qüvvələrinin nümayəndələri ilə iki dövlət arasında sərhədlərin təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə danışıqlar aparıb”.
Qeyd olunur ki, Suriya hərbçilərinin İraqın paytaxtına gəlişi tərəflər arasında İŞİD-ə qarşı əməliyyatların əlaqələndirilməsi məqsədilə gizli əlaqələrin qurulmasından bir neçə il sonra ilk dəfə ictimaiyyətə açıqlanıb.
Bildirilir ki, “sərhədyanı rayonlarda terror qruplaşmalarına təzyiqin gücləndirilməsi üçün” hərbi əməliyyatların aparılması üzrə birgə Mərkəzin yaradılması barədə qərar qəbul edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az