Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranlı nazirdən “İranda niyə terror olmur?” sualına cavab

İranda 45 terror qruplaşmasını tamamilə məhv edib sıradan çıxardıqlarını açıqlayıb.

Səudiyyə Ərəbistanı dəfələrlə “İranda niyə terror olmur?” və ya “İŞİD İranda niyə terror aktı törətmir” sualları ilə İranı terrora dəstək verməkdə ittiham edib, cümə günü İranın təhlükəsizlik naziri öz açıqlaması ilə bu suallara cavab vermiş olub

Din.az “İslamazeri.com”-a istinadən xəbər verir ki, İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Tehranın cümə namazı xütbələrindən əvvəl (red: Cümə namazı xütbələrindən əvvəl hər hansı bir dövlət rəsmisi və ya ruhani bu cür hesabat və ya təbliğat xarakterli çıxış edir) etdiyi çıxışında iki il ərzində İranda 45 terror qruplaşmasını tamamilə məhv edib sıradan çıxardıqlarını açıqlayıb. Ötən il isə 30 terror qruplaşması məhv edilib.

“Bu terror dəstələrindən yüzlərlə silah-sursat və avadanlıq aşkarlanıb. Belə ki, 108 maqnit bombası, 15 kamikadzə kəməri də onlara daxildir.”, -deyə Ələvi əlavə edib.

Seyid Mahmud Ələvi casus yuvalarından da danışıb. O deyib ki,  İranın Təhlükəsizlik Nazirliyi xarici təhlükəsizlik xidmətlərinin hərəkətlərinə tam nəzarət edir və çoxlu sayda casusluq hallarını deşifrə edib.

Qeyd edək ki, İranda ziyarətgahlar, mərasim yerləri və strateji əhəmiyyətli obyektlərdə dəfələrlə terror aktının qarşısı alınıb, əməliyyat zamanı onlarla hüquq mühafizə orqanları əməkdaşları həyatlarını itiriblər.

Onu da qeyd edək ki, ötən il İŞİD-in çox nüfuzlu komandiri Əbu Aişə Kürdi İran Təhlükəsizlik və Kəşfiyyat nazirliyinin əməkdaşlarının səyi nəticəsində silahlı qarşıdurma zamanı öldürülmüşdü.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az