Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İRANLA SƏRHƏDDƏ GƏRGİNLİK: TÜRKİYƏ VƏTƏNDAŞI ÖLDÜRÜLDÜ

Türkiyə vətəndaşının günahsız olduğu deyilir.

Hakkarinin Yüksəkova rayonunda İran tərəfindən açılan atəş nəticəsində 24 yaşlı gənc həlak olub.

Din.az Axar.az-a istinadən xəbər verir ki, Kamran Fərat adlı vətəndaşa İran əsgərləri tərəfindən atəş açılıb.

Fərat kənd sakinləri tərəfindən Yüksəkova Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Fəratın yaxınları onun sərhədi keçmədiyini, amma buna baxmayaraq İran əsgərləri tərəfindən vurulduğunu deyiblər.

Hadisə ilə bağlı istintaq başlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az