Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranla kürdlər arasında su qalmaqalı – İran Ramazanın ilk günündən əhalini susuz qoyub

“Suyun kəsilməsi orda yaşayanların həyatına çox pis şəkildə təsir edib”.

İran Kürd Regional Rəhbərliyi (İKBY) Kənd Təsərrüfatı və Su Qaynaqları naziri Abdussettar Mecid İranın ani bir qərarla “Kiçik Zap Suyu”nu kəsməsinin pərdə arxasında keçiriləcək referendum seçkilərinin olduğunu və suyun onlara qarşı təzyiq vasitəsi olaraq istifadə edildiyini iddia edib.

Din.az “A24.az”a istinadən xəbər verir ki, Məcid İranın Cənubi Azərbaycan əyalətində yerləşən Sərdəşt şəhərindən gələrək Süleymaniyə şəhərindən keçən və İraqın mərkəzi bölgələrinə tökülən Kiçik Zap suyunun kəsilməsi ilə əlaqədar açıqlama verib.

İran tərəfindən verilən ani bir qərarla suyun kəsilməsindən Süleymaniyə bölgəsinə bağlı Keladizə mahalında yaşayan təqribən 80 min vətəndaşın həyatına mənfi təsir etdiyini bildirən Məcid “Suyun kəsilməsi orda yaşayanların həyatına çox pis şəkildə təsir edib. Bununla əlaqədar balıq təsərrüfatları başda olmaqla kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan bütün sahibkarlar sıxıntı yaşamağa başlayıb” deyə qeyd edib.

Nazir Məcid anidən suyun kəsilməsi haqda verilən qərarın İKBY-nin 25 sentyabrda müstəqillik referendumu ilə bağlı keçiriləcək seçkilərlə əlaqələndirərək “İran bunu bir təzyiq vasitəsi kimi istifadə edərək bölgə üzərindəki təsirini göstərməyə çalışır. Bunu keçiriləcək referenduma qarşı edilən bir hücum kimi qəbul edirik” deyə baş verənləri bu fikirlərlə dəyərləndirib.

Sözügedən vəziyyətin qarşısını almaq üçün İraq mərkəzi rəhbərliyi ilə görüşdüklərini və İrana qarşı sərt rekasiya verib təzyiq göstərmələrini bildirən Məcid indiyə qədər heç kimin səssizliyini pozmadığını qeyd edib.

Siyasi səbəblərdən dolayı…

İKBY Məclisi Kənd Təsərrüfatı və Su Qaynaqları Komissiyasının sədr köməkçisi Qərib Pencivini də bunun başlıca səbəbinin siyası olduğunu düşünür.

İranın suyu kəsməsini siyasi səbəblərdən dolayı etdiyini dilə gətirən Pencivini “İran tərəfindən suyun uzun müddətdir kəsilməsi keçirilməsi nəzərdə tutulan referendumla bağlı olduğunu düşünürük. Bu bir siyasi məsələdir və üzərində duracağıq” deyə çıxış edib.

İranın inşası təqribən 10 ildir davam edən Sərdəşt şəhərindəki anbarın dolması üçün suyu kəsdiyi bildirilir. Lakin iranlı səlahiyyətlilər tərəfindən indiyə qədər mövzu ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, İKBY-li səlahiyyətlilər Ramazan bayramının birinci günü Kiçik Zap Suyunun İran tərəfindən heç bir əsas göstərilmədən kəsildiyini bildirir. İran tərəfindən verilən bu ani qərardan sonra su anbarının üzərində yerləşən balıq təsərrüfatları isə ciddi şəkildə zərər görüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az