Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İRANIN TÜRKİYƏYƏ HÜCUM ƏMRİ VERDİYİ ORTAYA ÇIXDI – MƏXFİ

İran tərəfindən həyata keçirilən kiberhücum…

Türkiyə daxilində 2015-ci il martın 31-də meydana gələn elektrik kəsintilərinin səbəbi İran tərəfindən həyata keçirilən kiberhücum olub.
Din.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda İranın məşhur müxalifət jurnalistlərindən olan Ruhullah Zam bildirib.
Jurnalistin əlinə keçən sənədə görə, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat qurumu 2015-ci ilin fevralında Türkiyəyə kiberhücum bölüyünün yaradılması ilə bağlı təşkilatdaxili sənəd hazırlayıb. Sənəd sonradan müvafiq quruma göndərilib. Sənəd “Çox məxfi” qrifi ilə işarələnib.

İranlı mənbələrə görə, İran 2015-ci ildə üç dəfə Türkiyəyə kiberhücum həyata keçirib.
Xatırladaq ki, 2015-ci il martın 31-də Türkiyədə İstanbul, Ankara, İzmir, Trabzon və Diyarbəkr də daxil olmaqla 44 vilayətdə elektrik kəsintisi olmuş, nəqliyyatın hərəkətində problemlər yaranmış və böyük şəhərlərdə həyat sanki dayanmışdı. Ancaq elektrik enerjisini İrandan alan Van vilayətində heç bir problem yaranmayıb.
Digər tərəfdən, həmin gün, İstanbul Respublika prokuroru Mehmet Səlim Kiraz İstanbul Ədliyyə Sarayında DHKP/C terror təşkilatının üzvü olan terrorçular tərəfindən öldürüldü.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az