Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranın İslamiadada bayraqdarı qadın idmançı olacaq

“O, Oyunlarda hicabla çıxış edəcək iranlı qadınlar üçün yaxşı nümunədir”.

İranın Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarındakı bayraqdarı qadın idmançı olacaq.

“Din.az” bildirir ki, “Report”un İran Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, atıcı Mahlaqa Jambozorqdur.

25 yaşlı idmançı mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış Mərasimində öz ölkəsinin bayrağını daşıyacaq. MOK prezidenti Şahruh Şahnazi bildirib ki, Jamborzorq qarşıdakı idman yarışının xarakteri və bütün bədənini örtən çadra gəzdirməsi ilə əlaqədardır: “O, Oyunlarda hicabla çıxış edəcək iranlı qadınlar üçün yaxşı nümunədir”.

Qeyd edək ki, İslamiadada İranın 180-dək idmançısı 16 növ üzrə mübarizə aparacaq. Mahlaqa Jambozorq 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 10 metr məsafəyə tapançadan atəş açma yarışında mübarizə aparıb. O, 2015-ci il Universiadasında qızıl, gümüş və 2 bürünc, 2010-cu il Asiya Oyunlarında gümüş və bürünc medal qazanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az