Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İRANIN ALİ LİDERİ YÜZLƏRLƏ MƏHBUSU BELƏ SEVİNDİRDİ

İranda bayramla bağlı əfv sərəncamı verilib.

İranın ali dini lideri Ayətulla Əli Hamenei Novruz bayramı ərəfəsində iranlı məhbusların əfv olunması və cəzalarının yüngülləşdirilməsinə razılıq verib.

“Din.az”ın məlumatına görə, qərar məhkəmə orqanlarının müraciəti əsasında verilib.

Məlumatda qeyd olunur ki, əfvlə bağlı məhkəmə hakimiyyətinin rəhbəri ayətulla Sadiq Laricani Əli Xamneyiyə məktubla müraciət edib.

Qeyd olunur ki, əfv qərarı İslam Respublikasına qarşı silahlı mübarizədə iştirak etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, cinsi zorakılıq, silah qaçaqmalçılığı və rüşvət kimi cinayətlərdən məhkum olunanlara şamil edilməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az