İranın Ali Dini Lideri – Aksiyalara külli miqdarda pullar xərclənib

“İran xalqı dərin və çox təhlükəli sui-qəsdin qarşısını ala bildi”.
İran xalqı sui-qəsdin qarşısını ala bildi.
Din.az xəbər verir ki, bunu İranın Ali Dini Lideri Əli Xamenei deyib.
“İran xalqı dərin və çox təhlükəli sui-qəsdin qarşısını ala bildi. Xarici qüvvələr tərəfindən buna pullar xərclənib. Onlar çalışırdılar ki, uyğun andan istifadə edib, destruktiv hərəkətə başlasınlar”, – deyə o bildirib.
Qeyd edək ki, İranda 15 noyabrda benzinin qiyməti üçqat bahalaşıb. Buna etiraz edən çoxsaylı aksiyaçı küçələrə çıxıb.
İranın əksər şəhərlərini əhatə edən aksiyalara hüquq-mühafizə orqanı əməkdaşlarının müdaxiləsi nəticəsində 106 nəfərin öldüyü, yüzlərlə şəxsin həbs edildiyi bildirilir. Bəzi məlumatlara görə, alənlərin sayı 200-dən çoxdur. / Axar.az