Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranı kimin qarışdırdığı bəlli oldu

İranda ikiqat terroru İŞİD öz üzərinə götürüb.

İranda parlamentə və məqbərəyə hücumda məsuliyyəti “İslam dövləti” öz üzərinə götürdü.

Din.az xəbər verir ki, Fars agentliyinin yaydığı məlumata görə, ikiqat terroru İŞİD öz üzərinə götürüb.

Qeyd edək ki, bu gün səhər saatlarında bir qrup silahlı şəxs Tehran parlamentinə hücum edib. Nəticədə təhlükəsizlik işçisi öldürülüb, 8 nəfər yaralanıb. Digər qrup silahlılar isə Xomeyninin məqbərəsinə hücum edib. Nəticədə 5 nəfər yaralanıb. Məqbərədə terrorçulardan biri üzərindəki bombanı partladıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az