İrandan və ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı kəskin azalıb

Turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 33% az olub.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana İrandan gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 33% az olub.
Din.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.
“Bu, İrana qarşı tətbiq edilmiş sanksiyalarla bağlıdır. Məsələn, ötən il bu ölkədən digər ölkələrə getmiş turistlərin sayında ümumilikdə 53% azalma olub”, – deyə o, bildirib.
Bundan başqa, Agentlik rəsmisinin sözlərinə görə, bu ilin ilk 2 ayında Azərbaycana gələn xarici turistlərin sayında illik müqayisədə 3% artım olub: “Bu artım əsasən yeni bazarlar hesabına formalaşıb”. / Report.az