Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İrandan təəssüf dolu bəyanat: “Qətər bazarını Türkiyəyə uduzduq”

Mehdi Kərimi Qətər bazarını əldən verdiklərini etiraf etdi.

İranlı rəsmi Mehdi Kərimi Qətər məsələsində önəmli bir fürsəti qaçırdıqlarını bildirib.

Din.az “A24.Az”a istinadən xəbər verir ki, Mehdi Kərimi Qətər bazarını əldən verdiklərini söyləyib.

Qətərə qarşı embarqonun başlamasından 48 saat sonra Türkiyənin ölkədəki marketləri ərzaqla doldurduğunu deyən Kərimi, Qətər bazarını Türkiyəyə uduzduqlarını təəssüflə vurğulayıb.

O, Qətərin illik 3 milyard dollara çatan ərzaq idxalı olduğuna diqqəti çəkərək, İranın keçən il Qətərə 18 milyon dollarlıq ərzaq məhsulu ixrac etdiyini qeyd edib:

“Təəssüf ki, Qətər məsələsində imkanları qiymətləndirməmişik və zamanında bu bazara girməyi bacarmamışıq”.


Qeyd edək ki, bəzi Ərəb ölkələrinin tətbiq etdiyi siyasi və iqtisadi embarqodan sonra Türkiyə Qətərə ərzaq məhsulları göndərib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az