Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İranda türk dilini təhqir edən ssenarist üzr istədi

“İmarətin xanımı” serialında təhqiramiz ifadələr işlədilib.

İranın 3-cü telekanalında yayımlanan “İmarətin xanımı” serialının ssenari müəllifi ekran işində türk dilinin təhqir edilməsinə görə üzr istəyib.

Din.az Kult.az-a istinadən xəbər verir ki, Ehsan Cavanmərd adlı ssenarist yaydığı videoda irqçi hərəkətinə görə dəfələrlə üzr istəyib və diqqətsizlik etdiyini bildirib:

“Təəssüf ki, İran mədəniyyətində ölkədə yaşayan digər millətlərə qarşı çoxlu ifadələr və atalar sözü var. Ona görə də diqqətsizlik edərək serialda həmin sözlərdən istifadə etmişik”.

O, Xələc türklərinə qarşı işlədilən ifadənin mənasına diqqət yetirmədiyini iddia edib.

Xatırladaq ki, “İmarətin xanımı” serialının 22-ci bölümündə “eşşəyin dilini xələc bilir, sənin dilini mən bilirəm” şəklində təhqiramiz ifadə işlədilib. Bu ifadə İranda yaşayan türklər tərəfindən kəskin etirazla qarşılanıb.

Qeyd edək ki, xələclər Ərak şəhərinin şimal-şərq məntəqəsində, əsasən Təfrəş, Aştiyan və Fərahan şəhərlərində yaşayırlar. Xələc türkcəsi ilə Azərbaycan türkcəsinin oxşarlığı çoxdur. Bu ləhcədə qədim Göytürk türkcəsindən çoxlu sözlər var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az