Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İRANDA QADIN PREZİDENT SEÇKİLƏRİNDƏ NAMİZƏD OLDU – FOTO

Şölə Hədc Mirfəttah Təbrizinin namizədliyi qeydə alınıb.

May ayında İranda baş tutacaq prezident seçkiləri ərəfəsində ölkə tarixində yenilik baş verib.

“Din.az” İran mediasına istinadən xəbər verir ki,  İranda prezident seçkilərində iştirak edən namizədlərin qeydiyyatı başlayıb.  İran Mərkəzi Seçki Komissiyasında tarixdə ilk qadın namizəd Şölə Hədc Mirfəttah Təbrizinin namizədliyi qeydə alınıb. Təbrizi heç bir partiyanın üzvü olmadan, müstəqil namizəd kimi qeydiyyatdan keçib.

Mirfəttah Təbrizi İran qanunvericiliyinə əsasən bir qadının ölkəni idarə edə bilməyəcəyini anladığını, amma qanunlardan istifadə edərək namizədliyini irəli sürdüyünü bəyan edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az