Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İRANDA AZƏRBAYCANLI ŞAİRƏ TƏHSİL ALMAQ QADAĞAN EDİLDİ

Azərbaycanlı mədəni fəalın təhsilini davam etdirməsi qadağan edildi.

İranda azərbaycanlı mədəni fəal, şair Elşən Böyükvəndin təhsilini davam etdirməsi qadağan olunub.

Din.az bildirir ki, magistratura pilləsində təhsil alan Elşən Böyükvənd Yoxlama və Qiymətləndirmə Təşkilatının onlayn cavabının görüntüsünü yayıb. Cavabda bu sözlər qeyd olunub:

“Sizin dosyenizdə çatışmazlıqlar var, istəsəniz “Tehran, Həft-tir meydanı, Kərimxan Zənd xiyabanı, 204 sayılı binanın ikinci mərtəbəsində yerləşən Yoxlama və Qiymətləndirmə Təşkilatına müraciət edə bilərsiniz”.

Qeyd edək ki, İranda hər il magistratura sahəsində təhsil almaq istəyən bir sıra tələbələr təşkilatın mənfi cavabı ilə üzləşirlər. Belə hallarla ən çox qarşılaşan isə siyasi fəallar, azərbaycanlı milli-mədəni aktivistlərdir. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az