Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İrana günün daha bir zərbəsi: Səudiyyə 14 şiə gənci edam etməyə hazırlaşır

Səudiyyə Ərəbistanında söz azadlığı məhdudlaşdırılır.

Səudiyyə Ərəbistanı 14 şiə gənci edam etməyə hazırlaşır.

Din.az xəbər verir ki, Livanın Elminar xəbər kanalı haqqında ölüm hökmü verilən 14 gəncin günahının 2011-ci ildə etiraz aksiyalarına iştirak etmək olduğunu qeyd edib.

Məhkumların vəkillə təmin edilməsi qadağan edilib.Verilən xəbərlərə görə, Səudiyyə Ərəbistanı ölkədə söz azadlığının məhdudlaşdırılması üçün terrorizm fenomenindən istifadə edərək vətəndaşları ağır cəzalandırır.

Ərəbistanın şərqində yerləşən Katif bölgəsi 2011-ci ildən bəri aksiyalara şahidlik edir. Əhali küçələrə axın edərək ölkədə sərvətin bölüşdürülməsi barəsində ədalətsizliklərə qarşı çıxmaq üçün intensiv etiraz aksiyalarına qoşulur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az