Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İran və Səudiyyə Ərəbistanı əlaqələri yenidən bərpa etmək niyyətindədir

“İran həmişə regionda qonşuları ilə yaxşı münasibətlər qurmaq istəyib”.

İran və Səudiyyə Ərəbistanı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcəklər.

Din.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “İsna” agentliyinə müsahibəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İranlı diplomat ölkəsinin Səudiyyə Ərəbistanına nümayəndə heyətinin göndərilməsi üçün hazırlıqları yekunlaşdırmaq üzrə olduğunu qeyd edib.

“İran həmişə regionda qonşuları ilə yaxşı münasibətlər qurmaq istəyib”, – İran XİN başçısı deyib. O, diplomatlara artıq vizalar verildiyini əlavə edib.

Onun sözlərinə görə, plana əsasən, səfərlər Həcc ziyarətindən sonra baş tutacaq. Qeyd edək ki, bu il ziyarət avqustun 30-dan sentyabrın 4-dək davam edəcək.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2016-cı il yanvar ayının əvvəlində nümayişçilərin krallığın Tehrandakı səfirliyinə və Məşhəd şəhərindəki konsulluğuna hücum etməsindən sonra İranla diplomatik əlaqələri kəsib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az