“İran-Türkiyə yaxınlaşması İsrail üçün kabusdur”

“İran və Türkiyənin Kürdüstandakı referenduma qarşı birləşməsi İsrail üçün çox qorxuludur”.
Kürdüstan dövlətini yaratmaq üçün Tehran və Ankaranı bir-birindən uzaqlaşdırmaq lazımdır.
Din.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında İsraildən olan ekspert Martin Şerman söyləyib.
“İran və Türkiyənin Kürdüstandakı referenduma qarşı birləşməsi İsrail üçün çox qorxuludur. Doğrudur, İran-Türkiyə əlaqələri İsrail ilə ərəb ölkələri arasındakı münasibətlərə yaxşı təsir edə bilər, amma bu, həm də İranın müstəqil fəaliyyətini də artırmaq imkanına sahibdir”, – deyə o bildirib. / Axar.az