Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İran Təbrizə vəsait ayırmır – Millət vəkili

“Şərqi Azərbaycana turist cəlb etmək üçün bu istiqamətdə geniş təbliğat işləri aparılmalıdır”.

Təbriz şəhəri 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilib, lakin bu şəhərin 2018-ci ildə turist qəbul etməyə hazırlığı yoxdur. Buna səbəb hökumətin Azərbaycan şəhərinə büdcə vəsaiti ayırmamasıdır.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar “Təbriz 2018” haqqında danışan zaman deyib. O bildirib ki, Təbrizdə turizmlə bağlı vəziyyət məyusedicidir və gələn il üçün heç bir iş görülməyib:

“Aprelin 26-da yüksək dövlət orqanlarının birgə balansında olan büdcə vəsaitinin 10 faizinin “Təbriz 2018”ə ayrılacağı ilə bağlı qərar qəbul olunub. Qərara əsasən vəsait “Təbriz 2018” Komitəsinə təhvil verilməli idi, lakin 2018-ci ilə təxminən 3 ay qalmasına baxmayaraq, bu günə qədər, hətta bir rial belə pul ödənilməyib”.

Millət vəkili bildirib ki, “Təbriz 2018” üçün yaradılan xüsusi komitənin katibliyi Turizm və Mədəni İrs Təşkilatının nəzdində fəaliyyət göstərir.

“Bir çox yüksək dövlət orqanları, o cümlədən bəzi nazirliklər “Təbriz 2018” Komitəsinə üzvdür. Komitəyə üzv olan nazirliklərdən bu günə qədər yalnız Gənclər və İdman Nazirliyi öz proqramlarını təqdim edib, qalan nazirliklərdən isə heç bir xəbər yoxdur. 2018-ci ilə çox az bir müddət qalır, bu müddətdə müxtəlif proqramlar təqdim olunub büdcə vəsaiti ayrılmasa, o zaman Təbrizdə heç bir yeni hadisə baş verməyəcək”, – deyə millət vəkili bildirib.

Şəhabəddin Bimiqdar İranın səfirliklərində də tədbirlə bağlı heç bir təbliğatın aparılmadığını da qeyd edib:

“Bugünki dünya təbliğat və əlaqələr dünyasıdır. Təbrizi tanıtdırmaq və Şərqi Azərbaycana turist cəlb etmək üçün bu istiqamətdə geniş təbliğat işləri aparılmalıdır”.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az