Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İRAN SƏUDİYYƏ ƏRƏBİSTANINI HƏDƏLƏDİ: “MƏKKƏ VƏ MƏDİNƏ XARİCİNDƏ SALAMAT YER QOYMARIQ”

“Axmaq bir hərəkət etməmələri üçün xəbərdarlıq edirəm…”

İran İslam Respublikasının müdafiə naziri Hüseyin Dehkan səudiyyəli həmkarı Muhamməd bin Selmanın “Müharibəni İranın içərilərinə doğru çəkməliyik” sözlərinə sərt reaksiya verib.

“Din.az”ın məlumatına görə, Lübnanda yerləşən “El Minar” televiziya kanalına danışan Dehkan “Səudiyyə Ərəbistanı rəhbərliyi İrana qarşı axmaqcasına hərbi müdaxilə edəcəyi halda, bu ölkədə müqəddəs şəhərlər xaricində salamat yer qoymayacaqlar” deyərək hədələyib.

“Səudiyyə Ərəbistanı müharibəni İranın içərilərinə doğru apara bilərmi?” sualına cavab verən Dehkan, “Səudiyyə Ərəbistanının bu işi necə edəcəyini bilmirəm. Belə bir axmaq hərəkət etməmələri üçün onlara xəbərdarlıq edirəm. Lakin əgər edərlərsə, Məkkə və Mədinə xaric salamat yer qoymarıq” deyə çıxış edib.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanı müdafiə naziri Muhamməd bin Selman televiziya kanallarından birinə verdiyi reportaj zamanı müharibənin Səudiyyə Ərəbistanına qədər gəlib çatmaması üçün İran torpaqlarına yönləndirilməyin lazım olduğunu bildirmişdi.

Tehran rəhbərliyi isə Səudiyyə Ərəbistanı müdafiə nazirini söylədiyi bu sözlərdən dolayı BMT TŞ-yə şikayət etmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az