Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İran Səddama görə ABŞ-dan pul tələb edir

ABŞ bu dövrdə rəsmi Bağdada kimyəvi silahlar da verib.

İran məhkəməsi ABŞ-dan 1980-1988-ci illərdəki İran-İraq müharibəsi zamanı Səddam Hüseyn ordularının kimyəvi hücumundan zərər görənlərə 245 milyon dollar kompensasiya ödəməsini tələb edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Fars” agentliyi yayıb. Agentlik kimyəvi hücumdan zərər görənlərin sayının 18 olduğunu bildirib.

Qeyd edək ki, İran-İraq müharibəsi zamanı ABŞ İraqa hərbi yardım edib. Belə ki, ABŞ bu dövrdə rəsmi Bağdada kimyəvi silahlar da verib.

8 il davam edən müharibə 1,5 milyon insanın ölümünə səbəb olub. Bu müharibə həmçinin hər iki ölkənin iqtisadiyyatına 500 milyard dollar ziyan vurub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az