Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran prezidentinin qardaşı “seçkinin cəzasını” çəkir?

İran prezidentinin qardaşı ətrafında yaranan qalmaqal…

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub. Bu barədə bazar günü mətbuat konfransı keçirən İran Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn Muhseni Ejei jurnalistlərə məlumat verib. Q.Ejei bildirib ki, Firudin məhkəmə tərəfindən təyin olunan təzminatı ödəmədiyi üçün barəsində həbs qərarı çıxarılıb. Müəyyən olunmuş cəriməni ödədiyi təqdirdə Feridun azad ediləcək.

Din.az Moderator.az-a istinadən qeyd edir ki, İran prezidentinin qardaşının korrupsiya cinayətlərinə bulaşması ilə bağlı xəbərlər İranda bu il may ayında keçirilən prezident seçkilərindən əvvəl mediada geniş yayılmışdı. Hüseyn Firudinun Əhmədinejadın prezidentliyi zamanı valyuta bürosu açdığı və iqtisadi böhran zamanı məzənnə dalğalanmaları və iqtisadi sanksiyalar sayəsində sərvət sahibi olduğu iddia edilmişdi.

Hüseyn Feridun prezidentin xüsusi müşaviri vəzifəsini tuturdu. Ancaq eyni zamanda bir müddət İran ali dini liderinin mühafizə xidmətinə rəhbərlik edib. Bundan başqa, Kərəc və Nişapur ostanlarına rəhbərlik edib. O, xüsusən də embarqo dönəmində valyuta ticarəti ilə məşğul olub və daha sonra qardaşı prezident olduqdan sonra hökumətin maliyyə siyasətinə müdaxilə edib. Hətta bununla bağlı maliyyə nazirini parlamentə dinləmələrə dəvət ediblər. Ötən ilin mayında isə H.Feridunun adı dövlət sığorta şirkətlərində maaşların həddən artıq yüksək olması (orta əməkhaqqlarının 50 misli) İranda söz-söhbətlərə səbəb olmuşdu.

İranın fəaliyyətdə olan prezidentinin qardaşının həbsi geniş rezonans doğurub. Hüseyn Feridun qardaşı qədər olmasa da, İranda nüfuzlu şəxslərdən biridir, mühüm dövlət postlarını tutub. O cümlədən ölkənin birinci şəxsinin mühafizəsinə rəhbərlik edəcək qədər etibarlı bir kadrdır. Bu mənada Feridunun həbsi (baxmayaraq ki, bu həbs məhkəmə təzminatını ödəmədiyi üçün həyata keçirilib, ödədikdən sonra aza ediləcək – K.R.) bir neçə aspektdən izah olunur.

İlk növbədə İranda yüksək vəzifəli şəxslərin korrupsiyaya bulaşması faktı və buna görə cəza verilməsi nümunəsi. Yeri gəlmişkən, daha əvvəl də İranda bu cür faktlar olub. Keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayi də vəzifədə olduğu dövrdə maliyyə cinayətlərində təqsirli bilinərək 15 milyon 350 min dollar məbləğində pulu ödəmədiyi üçün həbs olunmuşdu. İndi isə fəaliyyətdə olan prezidentin qardaşı həbs olunub. Bu hadisə İranda yüksək rütbəli məmurların ən yaxınlarında da korrupsiyanın olduğunu və buna görə cəza aldıqlarını göstərir.

Təbii ki, bu hadisə həm də İranda seçkilər zamanı qabarıq şəkildə üzə çıxmış “islahatçı” – “mühafizəkar” qarşıdurmasının təzahürüdür. Seçkilər zamanı Ruhaninin qardaşı ilə bağlı bu sayaq məlumatlar yayılıb və prezident bu faktları gizlətməkdə ittiham olunub. İndi isə bu faktları təsdiqləyən hadisə baş verib. Təbii ki, qarşı tərəf bunu Ruhaniyə qarşı təxribat kimi təqdim edəcək. Olay prezidentin imicinə ciddi ləkə olmaqla yanaşı, ona qarşı məhkəmə hakimiyyətində ciddi müxalifətin olduğunu göstərir.

İranda daha öncə sabiq prezident və Mütəxəssislər Məclisinin sədri Ayətullah Haşimi Rəfsəncaninin qızı da həbs olunub. Ölkədə prezident və icra hakimiyyəti üzərində bir üst hakimiyyət – dini liderlik olduğu üçün prezident də daxil olmaqla “islahat” və “mühafizəkar” komanda arasında amansız mübarizə gedir. Bu hadisə məhkəmə, ordu kimi strateji sahələrdə güclü olan “mühafizəkar” camiənin Həsən Ruhanidən son seçkinin qisasını alması da ola bilər. Eyni zamanda Həsən Ruhaninin qarşıdakı 4 ildə iqtidarının çox da rahat olmayacağını, rəqiblərinin ona ən kiçik xətalarını bağışlamayacağına işarə də sayıla bilər. Çünki oxşar taleni “mühafizəkar” qanadda olan Əhmədinejad da yaşamışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az