Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran prezidenti: “Xalqların arasında divar çəkmək zamanı geridə qalıb”

“Amerika vətəndaşlarına ciddi zərbə dəyəcək…”

“ABŞ rəsmiləri illərlə şüar verirdilər ki, biz İran xalqının dostuyuq…”

“Din.az”ın “İslamazeri.az”a istinadən verdiyi xəbərə əsasən, İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın müsəlmanlar əleyhinə atdığı son addıma münasibət bildirib.

Bu addımı Trampın siyasi cəhətdən təcrübəsizliyi kimi qələmə verən Ruhani deyib: “Onun bu addımı ilə Amerika vətəndaşlarına ciddi zərbə dəyəcək. ABŞ rəsmiləri illərlə şüar verirdilər ki, biz İran xalqının dostuyuq. Lakin Trampın atdığı son addım bunun əksini sübut etdi. Bu addım insan haqlarını ayaq altına almaqdır. Xalqların arasında divar çəkmək zamanı geridə qalıb.”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az