İran prezidenti HƏSƏN RUHANİ vətəndaşların ETİRAZ ETMƏK HÜQUQUNU qəbul etdi

İranın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları davam edir.
İran prezidenti Həsən Ruhani son günlər ölkənin müxtəlif şəhərlərdə keçirilən etiraz aksiyalarına münasibət bildirib.
Din.az bildirir ki, bu barədə prezident fikirlərini yerli KİV-ə bildirib.
Siyasətçi bu aksiyaların zorakılığa keçməyəcəyi təqdirdə vətəndaşların etiraz etmək hüququnu qəbul edib.
“Etiraz və tənqid zorakılıq və ictimai mülkiyyətə ziyan verməyi nəzərdə tutmadığı təqdirdə vətəndaşlara Konstirusiya ilə verilən hüquqlardır” – deyə İran prezindenti söyləyib.