Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran parlamentinin deputatı: İran XİN Ermənistanın Qarabağda müsəlmanlara qarşı cinayətlərinə göz yumur

“Bu cinayətlər qarşısında susqun olmaq mümkün deyil”.

Urmiyanın İran İslam Şurası Məclisindəki (parlamentində) təmsilçisi, deputat Ruhulla Həzrətpur İran Xarici İşlər Nazirliyini Ermənistanın Dağlıq Qarabağda müsəlmanlara qarşı cinayətləri ilə bağlı qəti mövqe ortaya qoymadığını, göz yumduğunu bəyan edib.

Din.az-ın APA-ya istinadən verdiyi məlumata görə, R. Həzrətpur bununla bağlı İran xarici işlər naziri Cavad Zərifiyə ünvanladığı məktubu parlamentin açıq iclasında oxuyub.

Məktubda bildirilir ki, bu cinayətlər qarşısında susqunluq İran Xarici İşlər Nazirliyinin və Cavad Zərifinin reputasiyasına kölgə salır.Həzrətpur mətbuata açıqlamasında deyib ki, Ermənistan ordusu tərəfindən 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi beynəlxalq cinayətdir və buna dünya ictimaiyyəti göz yummamalıdır.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az