Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İRAN MİLLƏT VƏKİLLƏRİ QADINDAN ÖTRÜ BELƏ ƏLDƏN GETDİLƏR – FOTOLAR

Sosial media istifadəçiləri fotolarda görünən millət vəkillərini ələ saldılar.

İranda bəzi millət vəkilləri Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini ilə foto çəkdirmə yarışına girdikləri üçün tənqid hədəfinə çeviriblər.

Din.az xəbər verir ki, italiyalı siyasətçi prezident seçilən Həsən Ruhaninin andiçmə mərasimində iştirak edib. Federika Mogeriniyə millət vəkilləri tərəfindən göstərilən diqqət müzakirələrə çevirilib.

İranın “Fars” xəbər agentliyi “qəribə davranış” başlığı ilə fotonu dərc edib. BBC-nin xəbərinə görə, Alireza Salimi adlı bir millət vəkili fotonu “qərbə təslimiyyət” kimi şərh edib və məsələnin araşdırılması üçün komissiya qurula biləcəyini bildirib. Sosial media istifadəçiləri də fotolarda görünən millət vəkillərini ələ salıb, bu mənzərənin utancverici olduğunu bildirib.

Prezident Həsən Ruhaninin sözçülərindən olan Hesam Aşena bu hadisənin mədəniyyət problemi olduğunub söyləyib:

“O selfiyə görə millət vəkilləri ilə ciddi söhbətlərin aparılması lazımdır”. İran və Avropa İttifaqı arasında yaxınlaşma yaratdığı deyilən Federika Mogerini isə açıqlamasında gündəmə gələn görüntü barəsində danışmayıb. / A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az