Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İran İsraili yox etmək istəyir”

“İsrail Amerikadan ciddi dəstək gözləyir”.

Benyamin Netanyahu təhlükə ilə bağlı Amerikadan ciddi dəstək gözlədiklərini də deyib.

“İran Suriyadakı vəziyyətdən istifadə edərək İsraili yox etmək istəyir”.

Din.az bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu paytaxt Təl-Əvivdə BMT-nin Baş katibi Antoni Quterreşlə görüşü zamanı deyib.

“İran Livan və Suriyada yüksək dəqiqliyə malik raketlərin istehsalı üçün gizli bazalar tikir. Onların məqsədi İsraili məhv etməkdir” — Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, İsrail dövləti bu faktla heç vaxt barışmayacaq. Benyamin Netanyahu təhlükə ilə bağlı Amerikadan ciddi dəstək gözlədiklərini də deyib. / Sputnik.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az