Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İRAN ERMƏNİLƏRİN ÇALDIRANDAKI KİLSƏSİNİ TƏMİR ETDİRDİ

İran hökumətu bu mərasimə xüsusi diqqət yetirib.

İranın Qərbi Azərbaycan əyalətinin Çaldıran şəhərində yerləşən Qarakilsə məbədinə toplaşan minlərlə erməninin dini mərasimi başa çatıb.

Din.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Çaldıran Şəhər İcra Hakimiyyəti başçısı Kərim Hüseynzadə söyləyib.

“Ötən günlərdə 4 min nəfər yerli və xarici erməni Qarakilsə kilsəsində keçirilən mərasimə qatılıb. İcra orqanları mərasimə 20 gün qalmış bölgəyə gəlib, mərasim iştirakçılarının rifahı üçün lazımi tədbirləri görüblər. Hətta Qarakilsədə 5 mindən çox erməni ziyarətçi üçün hazırlıq işləri görülmüşdü.

Çoxlu sayda rəsmi şəxs ermənilərin dini mərasimində iştirak etdi. Bu göstərdi ki, hökumət bu mərasimə xüsusi diqqət yetirir. Mərasim zamanı zəvvarların təhlükəsizliyi tam olaraq təmin olundu, onlar hətta sürətli internetlə də təmin olundular. Bütün bunlar İslam Cümhuriyyətinin hər şeyə açıq olduğunu göstərir”, – Hüseynzadə bildirib.

O, həmçinin hökumət tərəfindən Qarakilsənin təmir-bərpa işləri üçün 1 milyard 500 milyon rial məbləğində vəsait ayrıldığını söyləyib.

Qeyd edək ki, bundan öncə İran hökuməti ermənilərin Qarakilsədə dini mərasim keçirməsinə izn verib. Kilsədəki dini mərasim 27-31 iyul tarixlərində baş tutub. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az