Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İran Azərbaycanın iştirakı ilə Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizi yaratmaq istəyir

Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizi…

İran Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizi yaratmaq istəyir.

“Din.az” bildirir ki, APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşü zamanı deyib.

“Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması insanların daha da yaxınlaşmasına töhfə verəcək. Onun yaradılmasında Gürcüstan, İran, Ermənistan və Azərbaycan iştirak etməlidir”, – deyə iranlı nazir bildirib.Zərif Gürcüstan baş naziri Georgi Kvirikaşvilinin yaxın günlərdə İrana səfərini səbirsizliklə gözlədiyini deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az