Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İran Azərbaycandakı kilsə zəngini Türkiyəyə verir

7 əsrlik kilsə zəngi Türkiyəyə təhvil veriləcək.

İranın Mədəni İrs, Əl Sənəti və Turizm qurumu Qərbi Azərbaycan vilayətinin Urmiyə Antropologiya Muzeyində saxlanılan 7 əsrlik kilsə zəngini Türkiyəyə təhvil verəcək.

Din.az bildirir ki, bu barədə sözügedən qurumun rəhbər müavini Mirhadi Kareseyyed-Romiani məlumat verib.

“İranda saxlanılan bütün tarixi abidə və əsərləri qanunlar çərçivəsində aid olduğu ölkələrə təhvil verəcəyik. Bütün prosedurlar tamamlandıqdan sonra ölkənin gerçək imici olan dostluq və sülh mesajını bütün dünyaya çatdırmağı hədəfləyirik”, – deyə qurum nümayəndəsi bildirib.

Qeyd edək ki, sözügedən kilsə zəngi 1377-ci lin 7 iyulunda Vandakı Əziz Məryam Ana kilsəsinə verilmişdi. Sonradan müharibələr nəticəsində İrana aparılmışdı. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az