Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İordaniya İsrail səfirinin ölkəyə girişinə qadağa qoydu

İordaniya və İsrail arasında gərginlik yaşanır.

İsrailin Amman səfirliyində israilli təhlükəsizlik əməkdaşının 2 iordaniyalını öldürməsindən sonra iki ölkənin münasibətlərində böhran yaranıb.

Din.az bildirir ki, İordaniyanın səlahiyyətli şəxsləri İsrail hadisə ilə bağlı ədalətli istintaq işi aparanadək İsrailin İordaniya səfiri Einat Şalainin və digər səfirlik işçilərinin ölkəyə girişlərinə qadağa qoyulduğunu bildiriblər.

İordaniya Kralı 2-ci Abdullah da, 16 yaşlı Məhəmməd Javavdahı və səfirlik binasının sahibini öldürən təhlükəsizlik əməkdaşının ədalətli şəkildə mühakimə olunmasını tələb edib.

Qeyd edək ki, İsrail təhlükəsizlik əməkdaşı ıdiplomatik toxunulmazlığı səbəbindən sorğu-sual olunmadan ölkəsinə qayıdıb.

İsrailin baş naziri Benyamin Netanyahu iyulun 23-də baş verən hadisədən sonra ölkəsinə qayıdan Amman Səfiri Einat Şalaini və 2 iordaniyalını öldürən təhlükəsizlik əməkdaşını qəbul edib.

İordaniya Prokurorluğu israilli təhlükəsizlik əməkdaşı barəsində iki qətl və qanunsuz silah saxlamaqla bağlı cinayət işi açıb./Bizimsesimiz.info

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az