Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İNTİHAR EDƏN QIZIN ARXASINCA DANIŞANLARA… – İSLAMDA MÜNASİBƏT NECƏDİR?

“İslamda şər atmaq, ölünün arxasınca danışmaq çox böyük günah sayılır”.

Nəinki ölünün, hətta yaşayan insanın da arxasınca danışmaq olmaz.

“Din.az” “A24.Az”a istinadən xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri dünyasını dəyişmiş insanların haqqında yayılan şayiələrlə bağlı dini hökmlər haqda “Axar.az”a danışarkən deyib. O, bunun İslamda qəti şəkildə qəbul edilmədiyini bildirib:

“Açıq şəkildə deyəcəyəm, islamda belə bir qayda var: bir qadını bir kişi ilə zina edərkən görüb onu məhkəməyə versəniz, gərək sizdən əlavə 3 nəfər şahid də olsun. Yoxsa siz böhtan atmış sayılırsınız. İslamda şər atmaq, ölünün arxasınca danışmaq çox böyük günah sayılır”.

 

Qeyd edək ki, Tovuz sakini 16 yaşlı Aliyə Qəmbərovanın intiharından sonra onun haqqında gəzən şayiələr böyük etirazla qarşılanıb. Aliyənin anası millət vəkili Qənirə Paşayeva ilə görüşdə bu şayiələrin onun kədərini artırmasından, ailəyə əlavə dərd yaşatmasından danışıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az