Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İNSANLIĞIMIZA NƏ XƏLƏL GƏTİRİR?

“Biz ibadətlər üçün deyilik, ibadətlər bizim üçündür”.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

Dini mövzularda bəlkə də ən əvvəl bu sualı verməliyik: “İnsanlığımızı nə pozur?” Dini mövzularda belə suallara əhəmiyyət verildiyi gün nə isə mühüm bir şey dəyişəcəyini gözləmək olar.

Biz ibadətlər üçün deyilik, ibadətlər bizim üçündür. Bizi əsl mənada ləyaqətli, məsuliyyətli, həssas və doğru fərd etmək üçündür. İbadətin məna və məqsədini dərk etməyən insan ibadətin formal cəhətinə yaxınlaşdığı nisbətdə özündən uzaqlaşır. Əgər yerinə yetirdiyimiz ibadətlərə baxmayaraq, insanlığımızda nə isə azalırsa, deməli, ya bizim özümüzdə ya da ibadətdən başa düşdüyüklərimizdə nə isə səhv vardır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az