Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İnsan beyninin iki möcüzəsi – MARAQLI

İnsan beyni o qədər nəhəng bir sistemdir.

Möcüzələr içində ən böyük möcüzə elə insanın varlığıdır ki, bütün qeyri-adiliklər də onun  mövcud olmasından sonra törəyir. İnsan beyni o qədər nəhəng bir sistemdir ki, onun cəmi 3 faizi tətbiq olunmaqla  XXI əsrdə gördüyümüz böyük sivilizasiya meydana gəlib.

Din.az bildirir ki, aşağıdakı məqalədə insan beyninin saysız sirlərindən yalnız ikisi haqqında oxuculara məlumat veriləcək:

Zəifləməyən yaddaş möcüzəsi – Amma hamımız ətrafımızdakı yaşlı adamlardan bunun əksini eşitmişik. Amma yaş artdıqca beyinin öyrənmə qabiliyyətində azalma olmur. Yəni yaddaşın zəifləməsi yaşdan yox, konkret olaraq fərddən asılıdır. Qan dövranı tez-tez pozulan, oksigen çatışmazlığı yaşayan, psixoloji depressiyaya düşən adamlarda beyin hüceyrələri ölür və yerinə yenisi gəlmir. Amma hər yaşlıda bu təbii ki, baş vermir. Tərkibində qlükoza olan qan hüceyrələrini qoruyub saxlayan yaşlı avtomatik olaraq öz yaddaşını, hafizəsini də qoruyub saxlaya bilir.

Bütün insanlar gənclik cavanlıq yaşlarında baş verənləri daha yaxşı xatırlayır. Bunların hamısı qan dövranının o yaşda daha yaxşı və sağlam dövr etməsindən asılıdır.

Bir saniyəlik fəaliyyət- İnsan beyini bədənə 86 sinirlə bağlıdır. Bu sinirlər alimlərin təbiricə desək, telefon və teleqraf işçilərinin vəzifəsini yerinə yetirir. Bir-birinə milyard tellərlə bağlı olan 14 milyard beyin hceyrəsinin ər biri bir neçə şaxələrə ayrılır. Bu şaxələrin də qıvrımları hər saniyə şişir və fasiləsiz büzülüb qıvrılır. Bu proses ürək döyüntüsünü xatırladır. Bax bu saniyə siz bu cümləni oxuyan zaman liflər beyninizin ən dərin yerində dənizin qabarmasıyla enib qalxan yosunlar kimi yavaş-yavaş enib qalxmaqdadırlar.

Bədənimizin hər bir hissəsi fasiləsiz surətdə ölür və dirilir. Hər saniyə təqribən üç milyon eritrosit (qırmızı qan hüceyrəsi) məhv olur. Və hər saniyə bunların yerinə bir o qədəri yaranır. Beyin dəyişmir amma onun əzələləri hər yeddi ildən bir dəyişir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az