Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“İNGİLİSLƏR MÜSƏLMANLARDAN ÇOX ŞEYİ ÖYRƏNMƏLİDİRLƏR” – BRİTANİYALI DEPUTAT

“İslamofobiyanın əsas səbəbi əhalinin mənəviyyatsızlığının artmasıdır”.

“Cinayətkarlığın artmasının əsas səbəbi əhalinin mənəviyyatsızlığıdır…”

Böyük Britaniya parlamentini deputatı öz soydaşlarını çox şeyi müsəlmanlardan öyrənməyə çağırdı.

Din.az Moderator.az-a istinadən bildirir ki, bu haqda “The Sun” nəşri xəbər yayıb. Qurban bayramı münasibəti ilə Britaniyada yaşayan bir qrup müsəlmanla görüş keçirən ingilis deputat Anna Subri britaniyalıları müsəlmanların həyatından nümunə götürməyə dəvət edib. Müsəlman kökləri olmayan parlament üzvü Britaniyada cinayətkarlığın və islamofobiyanın artmasının əsas səbəbi kimi əhalinin mənəviyyatsızlığını göstərib. Anna Subri üzünü müsəlmanlara tutaraq vurğulayıb: ”Əgər bizim cəmiyyət sizinkindən çox şeyi öyrənməyə çalışsa idi, bu ölkə daha yaxşı olardı”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az