İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıda namaz qıldı – VİDEO

Media nümayəndələri Cocuq Mərcanlı məscidində namaz qılıblar.
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş indoneziyalı jurnalistlər ötən gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olublar.
Din.az “xezerxeber.az”a istinadən xəbər verir ki, qonaqlara Dağlıq Qarabağ münaqişəsi və ermənilərin işğalçılıq siyasəti haqqında ətraflı məlumat verilib.
Kənddəki orta məktəbə gələn qonaqlara ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Qeyd olunub ki, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyini azad etdikdən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
İndoneziyalı media nümayəndələri məktəblə tanışlıqdan sonra Cocuq Mərcanlı məscidinə baş çəkib və namaz qılıblar. Daha sonra İndoneziyalı jurnalistlər ön xətdə xidmət edən hərbçilərlə görüşüblər.
Din.az sözügedən görüntüləri sizə təqdim edir: