Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İndoneziyada “Kafir vali istəmirik” etirazları

İslamı təhqir edən vali yenidən namizəd oldu.

İndoneziyanın paytaxtı Cakartada yüz minlərlə şəxs Çin əsilli xristian vali namizədinə qarşı etirazlarını bildirmək üçün yürüş ediblər.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, insanlar yürüş zamanı “Kafir vali istəmirik” şüarı irəli sürüblər.

Hələ də rəhbərlikdə olan Cakarta valisi Basuki Tjahaja Purnama barəsində İslamı təhqir etməsi səbəbilə cinayət işi açılıb. Lakin Purnamanın çərşənbə günü keçiriləcək seçkilərdə yenidən vali seçiləcəyi gözlənilir.

İstiqlal məscidi qarşısında namaz qılanlar müsəlman namizədə səs verilməsini dəstəkləyiblər.

Bəzi İslami qruplar əllərində “Müsəlman liderin seçilməsinə üstünlük verirəm”, “Kafir namizəd seçmək haramdır” yazılmış şüarlar gəzdiriblər.

Bir müddət əvvəl xristian vali olan Purnama “Bəzi müsəlman qruplar Qurandan ayələrə işarə edərək “xalqa məni seçməmələrini bildirir, insanları axmaq yerinə qoyurlar” dediyinə görə onun barəsində iddia qaldırılmışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az