Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İMSAKA QALXIB YENİDƏN YATANLAR, DİQQƏT! – HƏKİMDƏN XƏBƏRDARLIQ

“Yüngül və az yağlı yeməklər yeyin”.

Mütəxəssis nevroloq Əhməd Sarıalp Ramazan ayı boyunca yuxu rejimi ilə bağlı diqqət etməli olduğunuz məqamları açıqlayıb.

Din.az “Metbuat.az”a istinadən xəbər verir ki, həkim nevroloq Ramazan ayında oruc tutan adamın yuxu rejimində bəzi dəyişikliklərin baş verdiyini deyib. “İmsakdan sonra yatmayın. İmsakdan sonra yatıb təzədən qalxdıqda bütün ritm pozulmuş olur. Gecə yuxusunda ortaya çıxan dəyişikliklər səbəbi ilə insanlar səhərləri yorğun oyanır. Yuxu həyatın ritminə təsir edir”.

Həkim oruc tutanlara xəbərdarlıq edib:

“İmsakdan sonra yatmağa meyilli olmayın. Yüngül və az yağlı yeməklər yeyin. Yatmazdan əvvəl bir saat istirahət edin. İftardan sonra çay, qəhvə və siqaretdən qaçmaq lazımdır. Xüsusilə, bitki çayları qəbul etmək məsləhətdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az